ABŞ vətəndaşlığı da olan israilli girov bazar ertəsi azad ediləcək. Bu barədə Fələstinin HƏMAS hərəkatının hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları qruplaşması məlumat yayıb.
“Biz qərara gəldik ki, bazar ertəsi, mayın 12-də İsrail əsgəri və ABŞ vətəndaşı İdan Aleksandrı azad edəcəyik”, – qrupun rəsmi sözçüsü Əbu Ubayda öz Telegram kanalında yazıb. (Tass)