Fələstinin HƏMAS hərəkatı Parisdə Misir, İsrail, Qətər və ABŞ-ın iştirak etdiyi danışıqlarda hazırlanmış girovların azad edilməsi ilə bağlı ilkin təklif alıb. Bu barədə hərəkatın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə məlumat verib.
HƏMAS Parisdəki müzakirələr zamanı hazırlanmış təklifi alıb və hazırda onu öyrənir”, – hərəkatın rəsmi teleqram kanalı onun sözlərini sitat gətirir. Eyni zamanda Haniyə vurğulayıb ki, HƏMAS-ın Paris razılaşmasına cavab tədbirlərinin hazırlanmasında prioritet “təcavüzün dərhal dayandırılması” və “işğal qüvvələrinin Qəzza zolağından kənara çıxarılması” olaraq qalır və hərəkat yalnız bu şərtlərin yerinə yetirilməsini təmin edə biləcək təşəbbüsləri nəzərə almağa hazırdır.
O əlavə edib ki, hərəkat rəhbərliyi Qahirədə Parisdə əldə olunmuş ilkin razılaşmanı müzakirə edəcək, lakin səfərin dəqiq tarixini hələlik açıqlamayıb. (Tass)