Fələstinin HƏMAS radikal hərəkatının tərəfdarları Rusiya prezidenti Vladimir Putinə minnətdarlıq əlaməti olaraq çərşənbə günü digər Rusiya vətəndaşlarını da azad etməyi planlaşdırır. Bu açıqlama ilə hərəkatın Siyasi Büro üzvü Musa Əbu Mərzuk çıxış edib.
“Rusiya prezidenti Putinin mövqeyinə görə hərəkatın təşəkkür əlaməti olaraq azad etdiyimiz rusiyalı Ron Krivoy istisna olmaqla, Qəzzada olan israillilərin heç birini azad etməmişik. Bu gün daha bir neçə rusiyalı çöldə sərbəst buraxılacaq” – o, X sosial şəbəkəsin(keçmiş Twitter) səhifəsində yazıb. (Tass)