İsrail Müdafiə Qüvvələri Qəzza zolağında “Dəmir Qılınclar” antiterror əməliyyatına başladığını elan edib.Həmas nümayəndələrinin verdiyi məlumata görə, 35 İsrail əsgəri əsir götürülərək Qəzza zolağına aparılıb. Çoxlu sayda mülki şəxs də əsir götürülüb.
İsrailin müdafiə naziri Yoav Qalant Qəzza zolağından aramsız raket atışları və yaraqlıların sərhəd bölgələrinə sızması fonunda ehtiyatda olan hərbçilərin kütləvi toplaşdığını elan edib, RİA Novosti xəbər verir.
İsrailin baş naziri Benyamin Netanyahu xalqa müraciət edərək bildirib ki, bu, əməliyyat deyil, hücum deyil, İsrailin qalib gələcəyi tam hüquqlu bir müharibədir. Netanyahu vurğulayıb ki, Həmas bu müharibə üçün görünməmiş bir bədəl ödəyəcək.
Həmas-ın Qəzzanın 15 km-də yerləşən Əsqalon həbsxanasından məhbusları azad etdiyi barədə də xəbərlər var.
Bu arada internetdə İsrail zirehli maşınlarının sıradan çıxarılması və İDF əsgərlərinin yaraqlılar tərəfindən əsir götürülməsi ilə bağlı videolar yayılır.
Bu saata olan məlumata görə, İsrailə raket hücumları nəticəsində 22 nəfər ölüb, 300-dən çox adam yaralanıb.
Bu səhər İslami Cihad qruplaşması İsrailə qarşı növbəti yerli müharibəyə başlayaraq Əl-Əqsa Tufanı əməliyyatının başladığını elan etdi. İsrail Müdafiə Qüvvələri artıq Qəzza zolağı yaxınlığında 7 icma üzərində nəzarəti itirdiyini təsdiqləyib.