Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasının həyata keçirilməsində yaranan hər hansı çətinlikdə İsraili günahlandırıb. Müvafiq bəyanat radikal təşkilatın Telegram kanalında dərc olunub.
Sənəddə deyilir: “Öhdəliklərini yerinə yetirməyən İsraildir, ona görə də sazişin həyata keçirilməsində yaranan hər hansı çətinlik və gecikmələrə görə məsuliyyət onun üzərinə düşür”. Həmas əlavə edib ki, Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə “qarşı tərəf şərtlərin bir hissəsini yerinə yetirdiyi müddətcə” razılaşmaya əməl etməyi planlaşdırır.
Eyni zamanda hərəkat qeyd edib ki, o, hələ də bütün vasitəçiləri Qəzza razılaşmasının icrasının təminatçısı hesab edir.