Fələstinin radikal HƏMAS hərəkatı İranda siyasi büronun rəhbəri İsmayıl Haniyənin öldüyü barədə məlumat yayıb.
Müvafiq bəyanat hərəkatın Telegram kanalında dərc olunub.
Qeyd edilir ki, bu, Haniyənin İranın seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra onun Tehrandakı iqamətgahına İsrailin basqın etməsi nəticəsində baş verib.