Fələstinin HƏMAS hərəkatı İsrailin təcavüzünə son qoyacaq istənilən ideyanı müzakirə etməyə hazırdır. Bunu hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyyə deyib.
“Biz təsdiq edirik ki, təcavüzün dayandırılmasına gətirib çıxara biləcək və İordan çayının qərb sahilində və Qəzza zolağında asayişin bərpası üçün qapını aça biləcək, həmçinin siyasi kursa aparan hər hansı ideya və ya təşəbbüsləri müzakirə etməyə hazırıq. Fələstin xalqının paytaxtı Qüds olan müstəqil dövlət qurma haqqıdır”, – deyə o vurğulayıb. Haniyyənin açıqlamaları hərəkatın Telegram kanalında yerləşdirilib. (Tass)