Fələstinin HƏMAS hərəkatının hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları yaraqlıların İsrail ərazisinə hücumunun ildönümündə Təl-Əvivə raket hücumu təşkil etdiyini açıqlayıb. Müvafiq bəyanat radikalların rəsmi Telegram kanalında dərc olunub.
“Davam edən yıxılma müharibəsinin bir hissəsi olaraq və dinc əhaliyə qarşı düşmən cinayətlərinə cavab olaraq, [İzzəddin] əl-Qəssam Briqadasının döyüşçüləri Təl-Əvivə raket zərbələri endiriblər”. Mərmilərin hədəflərə düşüb-düşmədiyi barədə məlumat verilmir. (Tass)