İsrailin Qəzza zolağına humanitar yardım axınını dayandırmaq qərarının nəticələri təkcə anklav sakinlərinə deyil, həm də orada qalan israilli girovların vəziyyətinə mənfi təsir göstərəcək. Fələstinin Həmas hərəkatı bu xəbərdarlığı edib.
“Bu siyasətin davam etdirilməsi həm fələstinlilərə, həm də girovlara mənfi təsir göstərəcək, çünki onlar da Qəzza sakinləri kimi qida və dərman çatışmazlığı ilə üzləşəcəklər”, – radikalların Teleqram kanallarında dərc etdikləri bəyanatda deyilir. HƏMAS əlavə edib ki, İsrail hakimiyyəti “Qəzzə blokadasının nəticələrinə görə tam məsuliyyət daşıyır” və onları “girovların taleyinə biganəlikdə” günahlandırıb.