Fələstinin radikal HƏMAS hərəkatı yalnız Qəzza zolağında tam atəşkəs əldə edildikdən sonra İsraillə əsir mübadiləsi məsələsini müzakirə etməyə hazırdır. Bu barədə onun nümayəndəsi Valid əl-Kilani İsrailin Fələstin anklavında iki aylıq atəşkəs təklifini şərh edərkən bildirib.
“Əsas şərt müvəqqəti deyil, daimi atəşkəsdir. Yalnız bundan sonra əsirlərin mübadiləsi, humanitar yardımın bərpası kimi digər məsələlər də müzakirə olunacaq”, – o, Anadolu agentliyinə bildirib.
CNN bazar ertəsi bildirib ki, İsrail HƏMAS liderlərinə yeni atəşkəs razılaşması çərçivəsində Qəzza zolağından çıxmağı təklif edib. Kanal iddia edib ki, təklif son həftələrdə ən azı iki dəfə müzakirə olunub, lakin HƏMAS çətin ki, belə şərtlərlə razılaşsın. (Tass)