Fələstinin radikal HƏMAS hərəkatı əhəmiyyətli dərəcədə zəifləyərsə, Hizbullah şiə təşkilatı Fələstin-İsrail münaqişəsində iştirak edəcək. Bu barədə çərşənbə axşamı “The New York Times” Livan rəsmisinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, HƏMAS-ın məhv edilməsi təhlükəsi Hizbullahın münaqişəyə müdaxiləsi üçün qırmızı xətt olacaq. Şiə təşkilatı, ehtimal ki, Yaxın Şərqdə münaqişənin daha da genişlənməsinin qarşısını almaq üçün qüvvələrini məhdudlaşdırır, rəsmi vurğulayıb. Onun fikrincə, Hizbullah HƏMAS-ın indi köməyə ehtiyacı olmadığı qənaətindədir. (Tass)