İyun 18, 2025-22:26
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Hesablama Palatası: Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalında xarici sortlardan asılılıq yüksəkdir

2024:04:15 - 13:11
in İQTİSADİYYAT
A A

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının xarici sortlardan asılılıq səviyyəsi yüksəkdir.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının “Dövlət auditi” rüblük məlumat bülleteninin 2024-cü il üçün 1-ci nömrəsində qeyd edilib.

Bildirilir ki, 2019-2022-ci illər ərzində “Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilib və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestri”ndə qeydiyyata alınan yeni sortların 88,1–93 % intervalında olan hissəsi xarici sortlar olub ki, bu da yerli elmi-tədqiqat institutlarında seleksiya işinin zəif təşkilinin və kənd təsərrüfatı məhsullarının istehsalında xarici sortlardan asılılıq səviyyəsinin nə dərəcədə yüksək olduğunun əsas göstəricilərindəndir.

“Dövlət Reyestrinə daxil edilən yerli sortlardan 2020-ci ildə 3 bitki üzrə 3 sort Əkinçilik Elmi-Tədqiqat İnstitutu, 6 bitki üzrə 7 sort Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, 1 bitki üzrə 1 sort Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu, 2021-ci ildə 2 bitki üzrə 9 sort Əkinçilik Elmi-Tədqiqat İnstitutu, 2 bitki üzrə 3 sort Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu, 2022-ci ildə 5 bitki üzrə 10 sort Əkinçilik Elmi-Tədqiqat İnstitutu, 1 bitki üzrə 4 sort Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən yaradılsa da, həmin sortların böyük əksəriyyətinə fermerlər tərəfindən bir qayda olaraq maraq göstərilməyib ki, bu da sortyaratma prosesində istehlakçı fermer təsərrüfatlarının tələblərinin əsasən nəzərə alınmadığını, tələblərə uyğunluğu mövcud olan bəzi yeni sortların isə tanıtımı və istehsalının genişləndirilməsi ilə bağlı zəruri işlərin lazımi səviyyədə həyata keçirilmədiyini deməyə əsas verir”, – Hesablama Palatası qeyd edir.

Əvvəlki Yazı

Gözləntiləriniz azala, depressiyaya düşə bilərsiniz – Oxatan bürcü

Növbəti Yazı

İlham Əliyev Slovakiyanın yeni Prezidentini təbrik edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.