İyun 16, 2025-4:44
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Heydər Əliyev Fondu təqdim edir: Qəbələdə “Qış nağılı”

2025:01:27 - 14:57
in MƏDƏNİYYƏT
A A

Fevralın 7-10-da Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və Bakı Musiqi Akademiyasının dəstəyi ilə Qəbələdə ilk dəfə “Qış nağılı” Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, “Qış nağılı” 2009-cu ildən ənənəvi təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalının davamı olaraq sənətsevərləri bir araya gətirəcək.

“Qış nağılı” Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Almaniya, Böyük Britaniya, İtaliya, Polşa və Rusiyadan dünyaşöhrətli musiqiçilər – ifaçı və dirijorlar, musiqi kollektivləri çıxış edəcəklər.

Çıxış edənlər:

Azərbaycandan Fərhad Bədəlbəyli, Emil Əfrasiyab, Murad Adıgözəlzadə, Nəzrin Aslanlı, Nigar Cəfərova, Yeganə Axundova, Yusif Eyvazov. Musiqi kollektivlərindən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri, Bakı Kamera Orkestri, Bakı Xoreoqrafiya Akademiyasının şagird və tələbələri, “Qaytağı” instrumental ansamblı. Almaniya və Rusiyanı təmsil edən Aydar Qaynullinin “Eyforiya” ansamblı, Böyük Britaniyadan Dmitri Sitkovetski, İtaliyadan Anastasiya Bartoli, Sergio Vitale, Polşadan “Glassduo” ansamblı.

Proqram:

Qəbələnin müxtəlif mədəniyyət ocaqlarında maraqlı proqram təqdim ediləcək, vokal, kamera instrumental musiqi axşamları, balet tamaşaları təşkil olunacaq: Qara Qarayevin “Yeddi gözəl” baletindən, Niyazinin “Arzu” əsərindən, Üzeyir Hacıbəylinin “Koroğlu” operasından, Antonio Vivaldinin “İlin fəsilləri” silsiləsindən, Cakomo Puççininin “Turandot”, Cüzeppe Verdinin “Traviata” operalarından, Pyotr Çaykovskinin “Şelkunçik” baletindən parçalar, eləcə də Edvard Qriq, Frederik Şopen, İohann Sebastyan Bax, Volfqanq Amadey Motsart və digər bəstəkarların müxtəlif musiqi kompozisiyaları.

Tamaşaçıların iştirakı:

Tamaşaçılar iTicket.az saytından ödənişsiz qeydiyyatdan keçməklə tədbirə qoşula bilərlər.

Əvvəlki Yazı

Bakıda 278 min manat dəyərində oğurluq edən şəxslər saxlanılıb

Növbəti Yazı

Livan Səhiyyə Nazirliyi: İsrail hərbçilərinin hücumu nəticəsində iki nəfər yaralanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.