May 11, 2025-1:19
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

“Heydər Əliyev İli” ilə əlaqədar olaraq Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında tədbir keçirilib

2023:12:14 - 17:00
in SİYASƏT
A A
Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov, Yeni Azərbaycan Partiyası Veteranlar şurasının üzvü, “91-lər”dən biri Sudeyf İmamverdiyev, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yasamal rayon təşkilatının və Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının əməkdaşları, ərazi üzrə Partiya təşkilatının üzvləri iştirak edib.

AZƏRTAC xəbər verir ki, tədbirin rəsmi hissəsindən əvvəl Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarı ziyarət olunub, önünə tər gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad olunub.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın suverenliyi və azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbirdə Ulu Öndər Heydər Əliyevin uğurlu həyat və fəaliyyətindən bəhs edən videoçarx təqdim olunub.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu Öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb.

Çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar şurasının üzvü, “91-lər”dən biri Sudeyf İmamverdiyev tarixi şəxsiyyət, görkəmli siyasi və dövlət xadimi Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının taleyində misilsiz rolundan danışıb, Azərbaycan tarixinin bütöv bir dövrünün dahi şəxsiyyətin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlı olduğunu deyib.

Milli Məclisin komitə sədri Musa Quliyev qeyd edib ki, görkəmli dövlət xadimi, fenomen siyasətçi, uzaqgörən lider Heydər Əliyevin xalqımız qarşısındakı ölməz, əbədiyaşar xidmətləri çoxdur. Onlardan ən əsası isə müasir müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlini qoymasıdır. Milli Məclisin deputatı İlham Məmmədov bildirib ki, fəaliyyətinin hər dövründə zamanı əməlləri ilə zənginləşdirən Ulu Öndər Heydər Əliyevin ən əsas, müqəddəs istəyi xalqın birliyinə söykənən güclü, möhtəşəm, qüdrətli müasir dövlətin yaradılması olmuşdur.

Əvvəlki Yazı

Elm və təhsil naziri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşları ilə görüşüb

Növbəti Yazı

Dövlət Komitəsi “Azərbaycan Memarlar İttifaqı”nın Qış Plenumuna ev sahibliyi edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.