İyun 19, 2025-19:42
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-praktiki seminar keçirilib

2025:05:08 - 13:19
in MƏDƏNİYYƏT
A A

Ulu Öndərin anadan olmasının 102-ci ildönümü münasibətilə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-praktiki seminar keçirilib.

MEMİM-dən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Azərbaycan Bəstəkarlar İttifaqından keçirilən seminarda İttifaqın sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə və MEMİM-in direktor vəzifəsini icra edən, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov çıxış edib. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin xalqımızın rifahı, müasir Azərbaycanın inkişafı istiqamətində əvəzsiz xidmətləri var. Onun mədəniyyətimizin inkişafına göstərdiyi diqqət və qayğı fəaliyyətinin xüsusi bir şaxəsi olduğunu vurğulayıblar.

Professor Firəngiz Əlizadə “Heydər Əliyev və musiqi mədəniyyəti”, Xalq artisti Əbdül Mahmudov “Azərbaycan kino sənətinin inkişafında Heydər Əliyevin rolu”, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov “Heydər Əliyev obrazı təsviri incəsənətdə”, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid “Azərbaycan mətbuat işçilərinə Heydər Əliyevin diqqət və qayğısı” mövzularında məruzələri dinlənilib.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının moderatorluğu ilə keçirilmiş seminarda Ulu Öndərin incəsənət xadimləri ilə görüşləri, onlar haqqında fikirlərinin əks olunduğu videoçarx nümayiş olunub, Heydər Əliyevin sevdiyi musiqi əsərləri Xalq artisti Ülviyyə Hacıbəyova və Əməkdar artist İlham Nəzərov tərəfindən səsləndirilib.

Əvvəlki Yazı

Musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiyasının növbəti mərhələsinə başlanılır

Növbəti Yazı

Hindistan Lahorda Hava Hücumundan Müdafiə Sistemini məhv edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.