İyun 1, 2025-5:47
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Hikmət Babaoğlu: Sülhə gedən yollardan biri də Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışından keçir

2023:10:25 - 10:19
in SİYASƏT
A A
Bu gün biz milli mübarizəmizin tamamilə yeni mərhələsinə qədəm qoymuşuq. Bu mərhələ xalqımız qarşısında yeni çağırışlar yaradır. Bu vəzifə və çağırışların, Qərbi Azərbaycana qayıdışımızın beynəlxalq hüquqi əsaslarının dünyaya tanıdılması olduqca vacibdir. Belə ki, Azərbaycan xalqının öz tarixi torpaqlarına qayıtmaq istəməsini ermənilər bütün dünyaya bir işğal kimi təqdim edirlər. Lakin bu, belə deyil. Bu səbəbdən də müxtəlif ölkələrdə keçirilən konfranslarda həqiqəti dünya ictimaiyyətinə çatdırmaq olduqca vacibdir. Qardaş Türkiyədə ictimaiyyət nümayəndələri hər zaman Azərbaycanın yanında olub. Lakin, belə tədbirlər gənc nəslin Qərbi Azərbaycanla bağlı həqiqətləri bilməsi, tarixi mübarizəmizdə bizə dəstək verməsi, gələcəkdə bu mübarizənin davam etdirilməsi baxımından olduqca vacibdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyədə səfərdə olan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Deputat deyib: “Keçirilən konfranslarda qayıdışımızın müxtəlif aspektlərinə toxunulur. Burada tarixi həqiqətlərin, qayıdışın hüquqi əsaslarının nədən ibarət olduğu, gələcəkdə Ermənistana qayıtdığımız təqdirdə orada birgə yaşayışın təmin olunması kimi amillər bir konsepsiya halına gətirilib. Bütün bunlar birgə yaşayışı beynəlxalq hüquq normaları daxilində təmin edən əsaslardır”.

Bildirilib ki, Azərbaycan ilə Ermənistan arasında sülhə mane olan əsas səbəblərdən biri ümumi etimad mühitinin olmamasıdır. Qərbi Azərbaycan İcmasının məqsədlərindən biri də öz tarixi torpaqlarımıza qayıtmaqla, həm də Ermənistan ilə Azərbaycan arasında bağlanması nəzərdə tutulan sülh, bu sülhün davamlılığı və regionun inteqrasiyası üçün bir ictimai etimad mühitinin yaradılmasına töhfə verməkdir.

Qeyd edilib ki, hazırda Birləşmiş Millətlər Təşkilatı, UNESCO kimi müxtəlif beynəlxalq təşkilatlar Qərbi azərbaycanlıların səsini eşitməkdədirlər: “Biz ümid edirik ki, Ermənistanın Baş naziri Nikol Paşinyan da bizim Ermənistana qayıdaraq, onların konstitusiyasına uyğun şəkildə təhlükəsiz yaşamaq istəyimizə təminat verəcək. Azərbaycan dövləti öz tərəfindən Azərbaycanda yaşayan ermənilərin bütün hüquq və təhlükəsizliyini təmin etməyə hazır olduğunu bəyan edir”.

“Ermənistanın bu gün bununla bağlı fikir bildirmir, Qərbi azərbaycanlıların konstitusiya əsasında qayıdıb öz vətənlərində yaşamasına təminat vermir. Halbuki sülhə gedən yollardan biri də məhz Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışından keçir. Bu gün Türkiyədə bu fikirlərin bir daha bəyan olunması şübhəsiz ki, regional inteqrasiya baxımından aktualdır. Yəni, bütövlükdə gələcəkdə üçtərəfli tərəfdaşlığın üzvü olacaq ölkələrin ictimai rəyi də bu prosesi dəstəkləməlidir”, – deyə deputat bildirib.

Əvvəlki Yazı

Qərbi Azərbaycan İcmasının sədri: 1948-1953-cü illər deportasiyasına ilk tarixi qiymət Ulu Öndər tərəfindən verilib

Növbəti Yazı

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 91,71 dollar olub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.