Avqust 27, 2025-23:26
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Hikmət Hacıyev: BRICS qlobal idarəetmənin təkmilləşdirilməsinə və ədalətli dünya nizamına töhfə verir

2024:10:22 - 10:47
in SİYASƏT
A A
BRICS qlobal idarəetmənin təkmilləşdirilməsinə və daha ədalətli beynəlxalq nizamın inkişafına töhfə verir.“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Sinxua” agentliyinə müsahibəsində deyib.Onun sözlərinə görə, BRICS yarandığı gündən beynəlxalq münasibətlər sisteminin demokratikləşməsinə xidmət edir.“Hesab edirik ki, BRICS ölkələri beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə sadiq qalaraq, dövlətlər arasında qarşılıqlı faydalı münasibətləri dəstəkləyir, siyasi gündəliyin yalnız bir qrup ölkə tərəfindən inhisarlaşdırılmasının qarşısını alır. Eyni zamanda qlobal idarəçiliyin təkmilləşdirilməsinə və beynəlxalq nizamın daha ədalətli istiqamətdə inkişafına töhfə verir”, – H.Hacıyev qeyd edib.Prezidentin köməkçisi təşkilatın potensialına da toxunub. Onun fikrincə, üzv dövlətlər öz üstünlüklərindən istifadə edə bilərlər.H.Hacıyev qeyd edib ki, Azərbaycanın BRICS-ə qoşulmaq istəyi ölkənin fəal müstəqil xarici siyasətinin məntiqi davamı olacaq. Azərbaycan BRICS-ə əlavə dinamika gətirə bilər, təşkilata üzvlük isə Azərbaycanın mövcud iştirakçılarla çoxtərəfli platformada yaxşı əlaqələrinin davamı olacaq.O bildirib ki, strateji mövqeyə, güclü dövlətçiliyə, iqtisadi potensiala malik olan Azərbaycan beynəlxalq hüquqa sadiqdir və başqaları ilə sıx əməkdaşlıq çərçivəsində çoxvektorlu dünyaya töhfə verməyə hazırdır.
Əvvəlki Yazı

Lənkəranda evdən 8800 manat və qızıl oğurlanıb

Növbəti Yazı

Prezident İlham Əliyev “MAN Truck&Bus” şirkətinin baş direktorunu qəbul edib 

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.