Avqust 18, 2025-1:30
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Hikmət Hacıyev İranın XİN rəsmisi ilə regional məsələləri müzakirə etdi

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, nazir müavini Səid Xətibzadə ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Görüş zamanı Azərbaycanla İran arasında ikitərəfli əməkdaşlıq və regional gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.