Avqust 18, 2025-5:13
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Himayədar ailələr üçün müavinət təyinatı elektronlaşdırılıb

2024:03:05 - 13:44
in SOSİAL
A A

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha bir sosial ödəniş növünün – himayədar ailələrə verilmiş uşağın tərbiyə edilməsinə görə nəzərdə tutulan aylıq müavinətlərin təyinatı da elektronlaşdırılıb.

Nazirlikdən APA-ya verilən xəbərə görə, bu müavinətlə yanaşı, himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün hər rübdə bir dəfə verilən birdəfəlik müavinətlərin təyinatı da avtomatlaşdırılıb.

Müavinət təyin olunduqdan sonra bu barədə məlumat SMS vasitəsilə himayədar valideynin mobil nömrəsinə göndərilir, habelə e-sosial portalındakı şəxsi kabinetinə yerləşdirilir. Ona müavinətini alması üçün plastik kart sifarişi də avtomatlaşdırılmış şəkildə aparılır və müvafiq banka yönləndirilir.

Beləliklə, təyinatı proaktiv mexanizm üzərindən aparılan digər sosial ödənişlər kimi, bu müavinəti almaq üçün də hər hansı quruma müraciət etməyə və sənəd təqdim olunmasına ehtiyac qalmır.

Ümumilikdə 2019-cu ilin əvvəlindən Nazirlik tərəfindən 56 proaktiv xidmət yaradılaraq istifadəyə verilib. Bu gün qurumun 159 xidmətindən artıq 147-si və ya 90 faizdən çoxu rəqəmsal platformada təqdim edilir.

Xatırladaq ki, himayədar ailələrə hər uşağa görə (6 yaşadək uşağa görə 355 manat, 7-13 yaş arası uşağa görə 375 manat, 14-18 yaş arası uşağa görə 395 manat, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş 6 yaşadək uşağa görə 395 manat, 7-13 yaş arası uşağa görə 415 manat, 14-18 yaş arası uşağa görə 435 manat) aylıq müavinət təyin edilir.

Himayədar götürülmüş uşağa mövsümi geyim alınması üçün isə ailəyə hər rübdə 200 manat birdəfəlik müavinət təyin edilir.

Əvvəlki Yazı

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına səfərə yola düşüb

Növbəti Yazı

Abşeron rayonunda yeni qəsəbə yaradılır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.