Hindistan Pakistanın nüvə silahlarının Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nəzarətinə verilməsini istəyib. Müvafiq bəyanatı Cammu və Kəşmirdə çıxışı zamanı respublikanın müdafiə naziri Racnat Sinq verib.
Qonşu ölkənin nüvə arsenalının təhlükəsizliyini şübhə altına alan o, “İnanıram ki, Pakistanın nüvə silahları Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarətinə verilməlidir”.
Pakistan və Hindistan arasında münasibətlər aprelin 22-də Hindistan birliyinin Cammu və Kəşmir ərazisində “Ləşkər-e-Taibə” yaraqlılarının 25 Hindistan vətəndaşının və bir Nepal vətəndaşının ölümünə səbəb olan terror aktından sonra pisləşib. Yeni Dehli hücumda Pakistanın Xidmətlərarası Kəşfiyyatının əli olduğunu iddia edib. Hindistan və Pakistan qarşılıqlı məhdudiyyətlər qoyub, ikitərəfli razılaşmaları dayandırıb və bir-birinin hava məkanını təyyarələr üçün bağlayıb.
Mayın 7-nə keçən gecə Hindistan Silahlı Qüvvələri Pakistan və Pakistanın nəzarətində olan Kəşmirdə terrorçuların yerləşdiyi hədəflərə zərbələr endirərək Sindoor əməliyyatına başlayıb. Pakistan cavab zərbəsi endirdi. Mayın 10-da Hindistan və Pakistan atəşkəs elan ediblər. (Tass )