Pakistan qüvvələri gecə ərzində Nəzarət Xətti və iki ölkə arasındakı beynəlxalq sərhəd boyunca Hindistanın hava məkanını bir neçə dəfə pozub. Bunu Hindistan Hərbi Hava Qüvvələrinin nümayəndəsi Vyomika Sinq brifinqdə deyib.
“2025-ci il mayın 8-dən 9-na keçən gecə Pakistan qüvvələri hərbi infrastrukturu hədəfə almaq niyyəti ilə bütün qərb sərhədi boyunca Hindistanın hava məkanını çoxsaylı pozuntular törədib. Pakistan qüvvələri Nəzarət Xətti boyunca ağır silahlardan da istifadə edib” deyib.
Hindistan hərbi zabitinin sözlərinə görə, Pakistan pilotsuz təyyarələri beynəlxalq sərhəd və Nəzarət Xətti boyunca 36 yerə müdaxilə etməyə cəhd edib. “Onlar təxminən 300-400 pilotsuz uçan aparatdan istifadə ediblər. Hindistan qüvvələri bu pilotsuz təyyarələrdən bir neçəsini vurub”, – Sinq bildirib. (Tass)