Hindistan Hərbi Hava Qüvvələrinin An-32 və Dornier nəqliyyat təyyarələri Andhra Pradeş ştatının cənub-şərqindəki NH-16 yeni milli ekspress yolunun bir hissəsindən təlim uçuşlarını və enişlərini uğurla həyata keçirib.
“The Times of India” qəzetinin məlumatına görə , səsdən sürətli Su-30MKI qırıcıları və “Hawk” təlim təyyarələri də magistral yolda simulyasiya edilmiş təcili eniş həyata keçirib. “Hərbi aerodromların düşmən zərbələrinə qarşı həssaslığını nəzərə alaraq, Hindistan Hərbi Hava Qüvvələrinin təyyarələri müharibə zamanı təcili eniş, yanacaq doldurmaq və silah təchizatı üçün magistral yollardan gecə-gündüz istifadə edə bilər”, – Hərbi Hava Qüvvələri komandanlığındakı mənbə nəşrə bildirib.
Başqa bir mənbənin “The Times of India” qəzetinə verdiyi məlumata görə, Hindistanın Milli Avtomobil Yolları İdarəsi Hərbi Hava Qüvvələrinin xüsusi sifarişi ilə NH-16-nın dörd kilometrlik hissəsini hərbi təyyarələr üçün uçuş-enmə zolağı kimi istifadə etmək üçün xüsusi örtüklə təchiz edib. Hazırda hərbi təyyarələr Çin və Pakistanla həmsərhəd ştatlar və ittifaq əraziləri də daxil olmaqla Hindistanın 28 magistral yoluna qalxıb enə bilir.
Hindistanda 2026-2017-ci illərdən fövqəladə hallarda və müharibə zamanı hərbi təyyarələrin istifadəsi üçün avtomobil yollarının tikintisi aparılır. Həmin vaxtdan bəri SU-30 MKI, Mirage-2000 və Jaguar qırıcıları bu cür magistrallardan eniş və eniş təlimlərini davam etdirirlər.
(Tass)