Hindistan kriptovalyuta birjası WazirX-in təhlükəsizlik sistemi sındırılıb və onun Ethereum platformasındakı Safe Multisig kripto pul kisəsi zədələnib. Bu barədə birja rəhbərliyi X (keçmiş Twitter) məlumat yayıb.
“Biz pul kisələrimizdən birində təhlükəsizlik boşluğunun aşkar edildiyini bilirik”, – mesajda deyilir.
“Komandamız hadisəni aktiv şəkildə araşdırır, aktivlərinizin təhlükəsizliyini təmin etmək üçün Hindistan rupisi və kriptovalyutaların çıxarılması müvəqqəti olaraq dayandırılacaq”, mətndə vurğulanır.
Economic Times- a görə , Safe Multisig WazirX cüzdanından istifadə edərək Ethereum-da “çox şübhəli əməliyyatlar” aşkar edilib. Bu məlumata görə, bu pul kisəsindən 234,9 milyon dollar məbləğində vəsait yeni ünvana köçürülüb. (Tass)