Hindistan hərbi qüvvələri Lahorda hava hücumundan müdafiə sistemini məhv edib. Bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.
“Bu səhər Hindistan silahlı qüvvələri Pakistanın bir neçə yerində radarlara və hava hücumundan müdafiə sistemlərinə hücum edib. Hindistan qoşunları Pakistanla eyni istiqamətdə və eyni intensivliklə cavab verib. Etibarlı məlumata görə, Lahordakı hava hücumundan müdafiə sistemi zərərsizləşdirilib”, – nazirliyin bəyanatında deyilir.