Pakistan mayın 9-dan 10-na keçən gecə Hindistan İttifaqının Cammu və Kəşmir ərazisinin yaşayış məntəqələrinə çoxsaylı PUA-lar buraxaraq, mülki şəxsləri və dini obyektləri təhlükə altına atıb. Bu barədə Hindistan Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.
“10 may 2025-ci ildə Pakistan Cammudakı məşhur Şambhu məbədi və yaşayış məntəqələri kimi ibadət yerlərini hədəf alaraq hərbi əməliyyatlarını davam etdirib”, – hərbçilər bildirib.
Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, Pakistan “bir gecədə mülki şəxsləri və dini obyektləri təhlükə altına alan çoxsaylı silahlanmış dronları işə salıb”. (Tass)