Hindistan qeyri-qanuni yollarla ölkəyə daxil olan Myanma vətəndaşlarının ilk qrupunu deportasiya edib. Bu barədə Manipurun baş naziri Biren Sinq bildirib.
“Hindistana qeyri-qanuni daxil olan Myanma vətəndaşlarının ilk qrupu bu gün deportasiya edildi” deyə o, X (əvvəllər Twitter) tvitində yazıb.
“Hindistan 1951-ci il Qaçqınlar Konvensiyasını imzalamasa da, Myanmadakı böhrandan qaçanlara humanitar əsaslarla sistemli yanaşma ilə sığınacaq və yardım göstərib”, – Sinq əlavə edib.
Ümumilikdə ölkədən çıxarılanların birinci qrupuna yeddi nəfər daxildir. Yaxın üç gün ərzində daha 70 nəfər deportasiya ediləcək. Bu rəqəmə 55 qadın və 5 uşaq daxildir.
(Tass)