Hindistan hökuməti ordu rəisinə Cənubi Asiya respublikasının müxtəlif yerlərində mövcud olan könüllü ehtiyat qüvvələri olan ölkənin Ərazi Ordusunu (TA) silahlı qüvvələrə kömək etməyə çağırmaq səlahiyyəti verib. Bu barədə PTI agentliyi məlumat yayıb.
Agentlik qeyd edib ki, bu addım Hindistan və Pakistan arasında davam edən hərbi münaqişə ilə əlaqədar atılıb. Ərazi ordusuna “nizami ordunu lazımi müdafiə və dəstəyi təmin etmək” çağırılır. Ordu komandiri “hər bir zabiti və TA-ya daxil olan hər kəsi” çağırmaq səlahiyyətinə malikdir.
1949-cu ildə yaradılan Hindistan Ərazi Ordusu müxtəlif münaqişələrdə ölkəyə xidmət edib, 75 ildən artıq humanitar və ətraf mühitin mühafizəsi işlərində iştirak edib. (Tass)