Hindistan və Çin sərhəd bölgəsindən hərbi personalın sürətlə geri çəkilməsi istiqamətində təcili işləmək barədə razılığa gəliblər. Hindistan Xarici İşlər Nazirliyi bu barədə Cənubi Asiya respublikasının xarici işlər naziri Subramanyam Caişankar və onun çinli həmkarı Vanq Yi arasında ASEAN-ın Laosda keçirilən tədbirləri çərçivəsində baş tutan görüşdən sonra mətbuata açıqlamasında bildirib.
Hindistan nazirliyinin vurğuladığı kimi, iki ölkənin xarici işlər nazirləri arasında danışıqlar “ikitərəfli münasibətləri sabitləşdirmək və bərpa etmək üçün Faktiki Nəzarət Xəttində qalan məsələlərin tezliklə həllinə” yönəlib.
Nazirlər “qüvvələrin mümkün qədər tez çıxarılmasına nail olmaq üçün diqqətli və təcili işin zəruriliyi barədə razılığa gəliblər”. Sərhədlərdə sülh və əmin-amanlıq ikitərəfli münasibətlərin normallaşması üçün vacibdir, Hindistan Xarici İşlər Nazirliyi qeyd edib.
XİN əlavə edib ki, tərəflər iki ölkənin hökumətləri arasında əldə olunmuş müvafiq ikitərəfli razılaşmalara, protokollara və razılaşmalara tam əməl etməlidir.