Hindistanın baş naziri Narendra Modi hökumət idarələri və agentlikləri ilə görüş keçirərək onlara ayıq-sayıq olmağı və yaxın koordinasiyanı davam etdirməyi tapşırıb. Bu barədə Hindistan hökumətinin informasiya xidməti məlumat yayıb.
Görüş Hindistan Silahlı Qüvvələrinin Pakistanda həyata keçirdiyi Sindoor əməliyyatı ilə bağlı qurumlararası koordinasiyaya həsr olunub.
“Baş nazir ölkə bu çətin dövrdən keçərkən davamlı sayıqlığa, institusional fəaliyyətə və aydın ünsiyyətə çağırıb. O, hökumətin milli təhlükəsizlik, əməliyyat hazırlığı və vətəndaşların təhlükəsizliyinə sadiqliyini bir daha təkrarlayıb”, – deyə məlumatda bildirilir.
Departamentin məsul şəxslərinə “öz departamentlərinin fəaliyyətini hərtərəfli təhlil etmək və fövqəladə hallara cavab verməyə hazırlığa və daxili kommunikasiya protokollarına xüsusi diqqət yetirməklə əsas sistemlərin etibarlı işləməsini təmin etmək” tapşırılıb. (Tass)