Hindistanın baş naziri Narendra Modi İran prezidenti İbrahim Rəisi ilə Yaxın Şərqdəki vəziyyəti və Fələstin-İsrail münaqişəsinin kəskinləşməsini müzakirə edərək, sülhün tezliklə bərpa olunmasının vacibliyinə işarə edib.
“İran prezidenti İbrahim Rəisi ilə Yaxın Şərqdəki çətin vəziyyət və İsrail ilə HƏMAS arasındakı münaqişə ilə bağlı yaxşı fikir mübadiləsi aparılıb. Terror hadisələri, zorakılıq və dinc əhalinin ölümləri ciddi narahatlıq doğurur”, – Modi sosial X şəbəkəsində yazıb.
Hindistanın baş naziri vurğulayıb ki, gərginliyin qarşısının alınması, humanitar yardımın davam etdirilməsi və sülh və sabitliyin tezliklə bərpası vacibdir.
Modi deyib ki, İran prezidenti ilə söhbəti zamanı o, Yeni Dehli və Tehran arasında əməkdaşlıq, o cümlədən Hindistanın iştirakı ilə həyata keçirilən Oman körfəzində Çabahar limanı layihəsinin irəliləyişini alqışlayıb. (Tass)