Şimal-Cənub nəqliyyat dəhlizi bütün dünyanın maraqlarına uyğundur və Hindistan layihəyə ən yüksək prioritet verir. Bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
“Bu layihə həm bizim maraqlarımıza, həm də bütün dünya iqtisadiyyatının maraqlarına cavab verir. Bu, bizim əsas prioritetlərimizdən biridir”, – Hindistanın xarici işlər naziri bildirib. (Tass)