Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar ərazi məsələlərində bir sıra dövlətlərin qərəzliliyinə eyham vuraraq, son 80 ildə Hindistan ərazisinin bir hissəsinin başqa bir ölkə tərəfindən işğalına onlar tərəfindən heç bir reaksiya verilmədiyini diqqətə çatdırıb. Bu barədə o, Yaponiyaya səfəri zamanı jurnalistlərlə söhbəti zamanı bildirib.
Panel iştirakçılarından biri Cayşankardan Hindistanın Ukrayna münaqişəsində niyə neytral mövqe tutduğunu və Rusiyanı tənqid etmədiyini soruşub. Suala cavab verən hindistanlı nazir xatırladıb ki, Hindistan ərazisi başqa ölkə tərəfindən işğal olunub, lakin dünya bu məsələyə susur. Onun fikrincə, insanlar prinsiplərə uyğun gələndə sadiq qalır, uyğun gəlməyəndə isə məhəl qoymurlar.
(Tass)