Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Ukrayna və Qəzza zolağındakı vəziyyəti müzakirə edib. Hindistanlı nazir bu barədə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
“Biz qlobal strateji vəziyyəti müzakirə etdik, Ukrayna, Qəzza, Hind-Sakit okean regionu, ASEAN, Əfqanıstan haqqında danışdıq” deyib. (Tass)