Hindistanın xarici işlər naziri Subramanyam Caişankar ukraynalı həmkarı Dmitri Kuleba ilə telefonla ikitərəfli əməkdaşlıq və Ukraynadakı münaqişə məsələlərini müzakirə edib. Bu barədə Respublika Xarici İşlər Nazirliyinin rəhbəri X (keçmiş Twitter) səhifəsində məlumat verib.
“Bu gün [biz] Ukraynanın Xarici İşlər Naziri ilə faydalı söhbətimiz oldu.Biz bu il ikitərəfli əməkdaşlığımızın inkişafını müzakirə etdik. Biz Ukraynada davam edən münaqişə ilə bağlı fikir mübadiləsi apardıq”, – nazir yazıb.
Ötən il dekabrın 27-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Subrahmanyam Caişankar arasında Moskvada danışıqlar zamanı Ukraynadakı vəziyyət müzakirə olunub.(Tass)