Rusiyanın ən yeni çoxfunksiyalı beşinci nəsil qırıcısı Su-57-nin imkanları fizika qanunlarına ziddir. Bu barədə TASS-a hindistanlı baş sınaq pilotu Ajay Menon Aero India aviasalonunda Su-57-nin nümayiş uçuşundan sonra bildirib.
Hindistanda Rusiya lisenziyası əsasında istehsal olunan Su-30MKI qırıcılarını idarə edən Menon, “Biz Rusiya təyyarəsinin nəyə qadir olduğunu bilirik. Bu, həqiqətən fizika qanunlarına ziddir. Məncə, heç kim Su-57-nin nümayiş etdirdiyi uçuşu keçə bilməz”.
“Onun [Su-57-nin] manevr qabiliyyəti çox təsir edicidir. Təyyarənin manevr sürəti xüsusilə yüksəkdir”, – hind pilotu vurğulayıb. (Tass)