İyun 19, 2025-5:19
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Hirkan Milli Parkında Asiya bəbirlərinin artımı müşahidə olunur 

2024:10:28 - 13:51
in SOSİAL
A A

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondu ilə birgə Hirkan Milli Parkının ərazisində keçirilən növbəti monitorinq zamanı foto-tələlər vasitəsilə Asiya bəbirlərinin artımı müşahidə olunub.AZƏRTAC xəbər verir ki, Hirkan Milli Parkı ərazisində quraşdırılan müşahidə kameraları həm video, həm də şəkil lentə alır. Hər üç aydan bir yoxlanılır və məlumatlar bazaya ötürülür.Hirkan Milli Parkının sahə müfəttişi Sahil Mikayılovun sözlərinə görə, keçən rüb kameraya iki bəbir düşmüşdü. Bu rüb də bəbir fototələyə rast gəlib: “Hətta ayı da öz balaları ilə kameraya düşüb. Bəbirlər demək olar bütün kameralarda lentə alınıb. Bu da onların sayında artım olduğunu deməyə əsas verir”. O, əlavə edib ki, Hirkan Parkı ərazisində yaşayan bəbir cinslərinə Naxçıvanda da rast gəlinib.Bu faktlar son illərdə xüsusi mühafizə olunan təbiət ərazilərində heyvan aləminin mühafizəsi tədbirlərinin gücləndirilməsi, ekoloji maarifləndirmə işlərinin aparılması nəticəsində əldə edilib. Artımın bir çox səbəbi var. Birincisi güclü mühafizə rejimi, digəri isə yem bazasıdır. “Bəbirin yaşaması üçün yem lazımdır. Hirkan Milli Parkında şükürlər olsun ki, yem bazası çoxdur. Kameralara baxıb görürük ki, qabanların sayı ilbəil çoxalır, yeni balaları görünür, sürü ilə gəzirlər. Tirandazların, canavarların, çaqqalların, yenotların sayı da çoxalıb. Təbiətdə belə qanun var ki, biri digərinin yemi olmalıdır”, – deyə o vurğulayıb.Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA beynəlxalq ekoloji kampaniyasının təşəbbüskarı Leyla Əliyevanın Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün (ayı, canavar, ceyran, qartal və bəbir) qorunmasını əhatə edən “Böyük beşlik” proqramı çərçivəsində gördüyü işlər öz bəhrəsini verir. Aparılan tədbirlərin nəticəsidir ki, son zamanlar xüsusi mühafizə olunan təbiət ərazilərində bəbirlər özlərini daha təhlükəsiz hiss edərək sərbəst yaşayır və tez-tez müşahidə olunurlar.Xatırladaq ki, Asiya bəbiri yırtıcılar dəstəsinə aid olub, Ümumdünya Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na və Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilib.

Əvvəlki Yazı

Borrell bildirib ki, Orban Gürcüstana səfəri zamanı Aİ-ni təmsil etmir

Növbəti Yazı

NATO Gürcüstanı seçkilərdə “qanunsuzluqlar” barədə xəbərləri araşdırmağa çağırıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.