Şiə Hizbullah partiyasının silahlı qanadı Livanın cənubundan İsrail ordusunun mexanikləşdirilmiş patrullarına qarşı əməliyyat elan edib. Qurumun özünün Telegram kanalında yaydığı bəyanatda deyilir ki, şiə döyüşçüləri Teyhat, Ərəb Aramşa və Əl-Cərdə sərhəd məntəqələri yaxınlığında İsrail əsgərlərini atəşə tutub. Birbaşa zərbələr nəticəsində düşmən sıralarında ölən və yaralananların olduğu iddia edilir.
Buna cavab olaraq İsrail artilleriyası Livanın cənubundakı 7 yaşayış məntəqəsinin kənarına zərbələr endirib, Hərbi Hava Qüvvələri isə silahlı basqınların başladığı Şeyxin, Əl-Cibbeyn və Meys əl-Cəbəl bölgələrinə raket zərbələri endirib.
Livan rəsmiləri dəyən maddi ziyanın həcmini dəqiqləşdirir, ölən və ya xəsarət alan yoxdur. (Tass)