Şiə Hizbullah partiyasının silahlı qanadı Şebaa fermasının işğal altındakı sərhəd bölgəsində İsrail ordusunun dörd mövqesinə qarşı əməliyyat elan edib.
Əl Manar telekanalının yaydığı açıqlamada şiə döyüşçülərinin Ruveysat əl-Aləm, Səməka, Zibdin və Ramtha yüksəkliklərindəki radar stansiyaları və komanda məntəqələrinə idarə olunan raketlərlə hücum etdiyi bildirilib. “Birbaşa zərbə nəticəsində düşmən canlı qüvvə və texnika itkisinə məruz qalıb”, mətndə deyilir.
İsrail əsgərləri şənbə günü Livanın cənubunda məskunlaşan ərazilərin kənarında artilleriya və tank silahlarından bir neçə dəfə atəş açıb. İsrail hərbçilərinin patrulları hazırda Şanux və Bastardakı ərazini təmizləyir, təxribatçı dəstənin oraya girə biləcəyindən ehtiyatlanır. (Tass)