Livanın cənubundakı Marun ər-Ras sərhəd kəndində “Hizbullah” şiə milislərinin dəstələri İsrail ordusunun əsgərləri ilə atışmaya başlayıb.
“Düşmən əsgərləri şərq tərəfdən Marun ər-Rasa soxulublar, İslam müqavimət döyüşçüləri onlara atəş açıb və bir neçə nəfəri yaralayıb, toqquşma davam edir”, – qurumun Telegram kanalında dərc olunan kommünikesində deyilir.
Bundan əvvəl şiə döyüşçüləri sərhəddə yerləşən Əl-Edeysa şəhəri yaxınlığında Livan ərazisinə daxil olmaq cəhdini dəf ediblər. Atəş sübh vaxtı baş verib və müqavimət qüvvələri düşməni itkilər verərək geri çəkilməyə məcbur ediblər.
Sərhəd bölgələrində baş verən bu hadisələrlə bağlı İsrail komandanlığından heç bir şərh verilməyib. (Tass)