Livanın “Hizbullah” şiə hərəkatı sentyabrın 27-də İsrailin Beyruta hücumu nəticəsində öldürülən lideri Həsən Nəsrullahın ölümünü rəsmən təsdiqləyib.
Hərəkatın bəyanatında deyilir: “Hizbullahın baş katibi cənab Həsən Nəsrullah 30 ilə yaxındır rəhbərlik etdiyi böyük və ölməz şəhidlərə qoşulub”.