Livanın “Hizbullah” şiə hərəkatı yəhudi dövlətinin şimalındakı Hayfa şəhərində İsrailin hərbi obyektinə hücum etdiyini açıqlayıb.
Müvafiq mesaj hərəkatın Telegram kanalında dərc olunub.
İsrail Silahlı Qüvvələrinin “hava hücumundan müdafiə komandanlığı bazası”na hücum edildiyi iddia edilir. Hücum pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib. Atışmanın nəticələri barədə məlumat verilmir. (Tass)