Şiə Hizbullah partiyasının silahlı qanadının döyüşçüləri İsrailin şimalındakı Meron Hərbi Hava Qüvvələri bazasında yerləşən hava əməliyyatlarına nəzarət və elektron döyüş mərkəzinə raket zərbəsi endirib.
Al Hadath telekanalının verdiyi məlumata görə , bu hərbi obyektə çoxsaylı buraxılış raket sistemlərindən ən azı 80 mərmi atılıb. Hadisə şahidlərinin sözlərinə görə, bazanın yaxınlığında bir neçə güclü partlayış səsi eşidilib.
Telegram kanalında yayımlanan Hizbullah kommünikesində bu əməliyyatın İsrailin Səhra komandiri Hüseyn Mekkinin öldürüldüyü Surə hava hücumuna cavab olaraq həyata keçirildiyi bildirilir. “İslam müqavimət döyüşçüləri düşmənin Meron bazasına hücumda onlarla “Katyuşa” raketi atıb və iri çaplı raketlərdən istifadə edib, düşmən hədəflərinə birbaşa zərbə endirilib”.
Kommunikedə həmçinin Burkan raketlərinin 91-ci HaGalil ərazi diviziyasının qərargahına və Biranit sərhəd qəsəbəsindəki İsrail ordusu kazarmalarına atıldığı bildirilib. İddialara görə, İsrail ordusu canlı qüvvə və texnika itkisinə məruz qalıb. (Tass)