Şiə Hizbullah partiyasının silahlı qanadı Colan təpələrinin ətəyində işğal altında olan Şeba bölgəsində İsrail ordusunun mövqelərini yenidən atəşə tutub. Bu barədə Al Manar telekanalının yayımladığı kommünikedə deyilir.
Bildirilir ki, İsrail ordusunun Birket ən-Nəqqardakı komandanlıq və müşahidə məntəqəsinə raket və minaatan hücumu həyata keçirilib. “Birbaşa zərbə nəticəsində obyekt demək olar ki, tamamilə dağılıb, texniki avadanlıq zədələnib”, mətndə deyilir.
İsrail hərbçiləri mövqelərinə hücumla bağlı məlumatı hələlik təsdiqləməyiblər. (Tass)