Şiə Hizbullah hərəkatı Livan dövlətini İsrailin ötən il noyabrın 27-də qüvvəyə minmiş 60 günlük atəşkəs razılaşması üzrə öhdəliklərini yerinə yetirməkdən yayınma cəhdlərinə qəti şəkildə qarşı çıxmağa çağırıb. Bu barədə təşkilatın Telegram-kanalında yerləşdirilmiş bəyanatında deyilir.
“Biz hər hansı uydurma bəhanə ilə İsrail qoşunlarının yanvarın 27-də başa çatmalı olan Cənubi Livan ərazisindən çıxarılmasının təxirə salınmasını qəbuledilməz hesab edirik”, – mətndə deyilir. (Tass)