Hizbullah Livanın cənubundan İsrailə qarşı həyata keçirdiyi hücumlarla bağlı açıqlama verib.
Açıqlamada İsrailin sərhəd xəttində yerləşən Ramim, Merc və Baruk hərbi məntəqələrinin “uyğun silahlarla” vurulduğu bildirilib.
Livanın NNA rəsmi agentliyinin məlumatına görə,İsrail ordusu Livanın sərhəd bölgəsində yerləşən Kunin qəsəbəsinin bəzi nöqtələrinə intensiv hava zərbələri endirib.
Bir instituta hücum edilib. Şagirdlərə şüşə qırıqlarının dəyməsi nəticəsində yüngül xəsarət aldıqları bildirilib. (TRT Haber)