Şiə Hizbullah partiyasının silahlı qüvvələri Livanda mülki yaşayış məntəqələrinə aqressiv hücumlara cavab olaraq İsrailin şimalında yeni əraziləri atəşə tutmağa başlayacaq. Bu xəbərdarlığı şiə lideri Şeyx Həsən Nəsrullah Əl Manar telekanalı tərəfindən yayımlanan televiziya müraciətində edib.
“İsrail mülki insanları qəsdən öldürməyə davam edərsə, hücum zonamızı genişləndirəcəyik və əvvəllər hədəf almadığımız yaşayış məntəqələrini vuracağıq” deyib.
Nəsrullah qeyd edib ki, “Livanın cənubunda, İraq və Yəməndəki köməkçi cəbhələrdəki hərbi əməliyyatlar Qəzza zolağında atəşkəs razılığı əldə olunmayana qədər dayanmayacaq”.
Şiə siyasətçinin çıxışı Aşura gününün kulminasiya gününə – müsəlmanların 680-ci ildə Kərbəla (İraq) şəhəri yaxınlığında Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseynin faciəli ölümünü xatırladıqları matəm mərasimlərinə təsadüf edib. (Tass)