“Hizbullah” şiə milislərinin döyüşçüləri Suriyanın işğal etdiyi Colan təpələrində yerləşən 210-cu ərazi diviziyasının “HaBaşan” qərargahına raket və minaatan hücumuna görə məsuliyyəti öz üzərinə götürüb. Bu barədə qurumun Telegram kanalında yerləşdirilmiş bəyanatında deyilir.
“İslam müqavimət qüvvələri Nafahda yerləşən 210-cu HaBaşan diviziyasının qərargahına, eləcə də İsrailin Kaliyadakı havadan müdafiə komandanlığına hücum edib, bu düşmən hədəflərinə 100-dən çox “Katyuşa” raketi atılıb.
Bu əməliyyatın çərşənbə günü Hizbullah hərbi komandiri Məhəmməd Naameh Nasirin Tire yaxınlığında İsrailin pilotsuz uçan aparatının hücumu zamanı öldürülməsinə cavab olduğu bildirilib. (Tass)