Yəmənin Qırmızı dəniz sahillərində yerləşən Ras İsa və Hodeyda limanları İsrailin hava hücumları nəticəsində tamamilə sıradan çıxıb. Bu barədə TASS-a Yəmənin Hodeyda əyalətinin ərazisinə nəzarət edən üsyançı husilər Ənsar Allah hərəkatındakı mənbə bildirib.
Onun sözlərinə görə, hücum zamanı liman infrastrukturuna ciddi ziyan dəyib. Zərərin səbəblərindən biri də hər iki limanda neft çənlərinə hücumlardan sonra baş verən genişmiqyaslı yanğınlar olub. “Hücum limanları tamamilə sıradan çıxardı” deyib mənbə. (Tass)