Hollandiya 24 F-16 qırıcısını Kiyevə təhvil vermək niyyətindədir. Bu açıqlama ilə Niderlandın Müdafiə Nazirliyinin rəhbəri Kaysa Ollonqren çıxış edib.
“Biz digər imkanlara tətbiq etdiyimiz prinsipi tətbiq edirik, yəni biz silahları Ukraynaya verəndən sonra onlar onlara nəzarət edə bilər”, – o, Sinqapurda Politico-nun Avropa versiyasına deyib. Nazirin sözlərinə görə, Hollandiya qonşu Belçikadan fərqli olaraq döyüş təyyarələrinin istifadəsinə “məhdudiyyətlər qoymur”.
Ollonqren əlavə edib ki, Amsterdam Kiyevi beynəlxalq hüquqa və BMT Nizamnaməsinin özünümüdafiə hüququ ilə bağlı müddəalarına əməl etməyə çağırır, bundan belə nəticə çıxır ki, Ukrayna “özünümüdafiə çərçivəsində yalnız hərbi hədəflərə hücum edə bilər”. (Tass)