Hollandiya Ukraynaya 400 milyon avro dəyərində yeni hərbi yardım paketi verəcək . Bu barədə krallığın müdafiə naziri vəzifəsini icra edən Ruben Brekelmans məlumat verib.
“Ukraynanın dəniz təhlükəsizliyini təmin etmək üçün 400 milyon avroluq yeni yardım paketini elan edirəm “, – o, iyunun 5-də NATO müdafiə nazirlərinin görüşü üçün Brüsselə gəldikdən sonra deyib. Brekelmansın sözlərinə görə, yeni yardım paketi Kiyevə patrul gəmiləri və pilotsuz təyyarələr də daxil olmaqla 100-dən çox gəminin verilməsini əhatə edəcək. (Tass)